07 Dekabr 2018, 10:48
FUTBOL
İtaliya "İnter"inin futbolçusu Lautaro Martines yol nəqliyyat hadisəsinin səbəbkarı olub. Matç.az saytı xəbər verir ki, argentinalı hücumçu idarə etdiyi "Porşe" ilə Milanın küçələrindən biri ilə hərəkət edən velosipedçini vurub.
21 yaşlı cənubi amerikalı ilə toqquşan xanım idmançı dərhal xəstəxanaya çatdırılıb. 37 yaşlı velosipedçinin ciddi xəsarət almadığı müəyyənləşib. Hadisə ilə bağlı istintaq araşdırması başlayıb.
Qeyd edək ki, Martines 2018-ci ilin yayından Milan klubunda çıxış edir.