Qadınlardan ibarət milli komandaların FİFA reytinqi açıqlanıb. Matç.az saytı xəbər verir ki, siyahıda 152 yığma yer alıb.

Azərbaycan millisi 1360 xalla 69-cu yerdə qərarlaşıb. Vüqar Əsgərlinin baş məşqçisi olduğu yığmamız 3 aydan bir açıqlanan siyahıda 1 pillə irəliləyib.

Sentyabrda 70-ci olan komandamızın xal hesabı dəyişməsə də, mövqeyi yaxşılaşıb. Buna ciddi xal itkisi ilə böyük geriləmə yaşayan Ekvatorial Qvineyanın enişi səbəb olub.

Qeyd edək ki, siyahıya 2123 xala malik ABŞ başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest