Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında XIII turun oyunlarına təyinatlar açıqlanıb. Matç.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, dekabrın 13-də baş tutacaq matçların hakimləri və hakim-inspektorları müəyyənləşib.

"Neftçi" və EKOL arasında mərkəzi oyun Elçin Səmədliyə tapşırılıb. Digər görüşləri Anar Fərəcovla Hikmət Qafarlı idarə edəcək.

Yüksək Liqa

XIII tur

13 dekabr 

12:30. Yasamal İSK – Xəzər Cənub

Bakı İdman Sarayı. Hakimlər: Anar Fərəcov, Rahin Heybətov, Elmir Quluzadə. Hakim-inspektor: Şahin Cəfərov

14:30. Neftçi İK – EKOL

Bakı İdman Sarayı. Hakimlər: Elçin Səmədli, Azər Əsgərov, Kənan Məlikov. Hakim-inspektor: Füzuli Nəcəfov

16:30. Liman – Yasamal FK

Bakı İdman Sarayı. Hakimlər: Hikmət Qafarlı, Azad Hüseynov, Mehman Mahmudov. Hakim-inspektor: Asim Xudiyev

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest