07 Dekabr 2018, 16:11
FUTBOL
İtaliyanın "Cenoa" klubunun yeni baş məşqçisi müəyyənləşib. Matç.az saytının məlumatına görə, Genuya təmsilçisini çezare Prandelli çalışdıracaq.
İtaliya millisini AVRO-2012-nin finalına daşımış 61 yaşlı mütəxəssislə müqavilənin müddəti açıqlanmayıb. O, bu postda İvan Yuriçi əvəzləyib.
Sonuncu ölkə kubokunun 1/16 finalının aşağı dəstə təmsilçisi "Entella" ilə görüşündən sonra postundan qovulub. Buna komandanın uduzması səbəb olub.
Qeyd edək ki, A seriyasında 15 xal toplayan "Cenoa" 14-cü pillədə qərarlaşmalıdı.