07 Dekabr 2018, 20:04
FUTBOL
İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşı məşqçisi adına namizədlər bəlli olub. Matç.az xəbər verir ki, İPL-in rəsmi saytı 6 mütəxəssisin adını açıqlayıb.
Premyer Liqa rəhbərliyi belə hesab edir ki, ötən ay ərzində Pep Qvardiola (Mançester Siti), Yürgen Klopp (Liverpul), Maurisio Poçetinno (Tottenhem), Marku Silva (Everton), Rafael Benites (Nyukasl) və David Vaqnerin (Haddersfild) komandaları yaxşı nəticə göstəriblər.
Qvardiola, Poçetinno və Benitesin çalışdırdığı kollektivlər ötən ay ərzində 3 matçda 3 qələbə qazanıblarsa, Klopp, Silva və Vaqnerin yetirmələri ayı iki qələbə və bir heç-heçə ilə başa vurublar.
Qeyd edək ki, səsvermə İPL-in saytında keçirilir.