"Neftçi"nin qış fasiləsindəki hazırlıq planı müəyyənləşib. Matç.az saytı xəbər verir ki, yanvarın 13-dən 27-dək Türkiyənin Antalya şəhərində olacaq komanda Manavqat bölgəsində yerləşən "The Sense De Luxe" otelində məskunlaşacaq.

"Ağ-qaralar" qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar yanvarın 18-i, 23-ü və 26-da olacaq.

Rəqiblər haqda daha sonra ətraflı məlumat veriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest