"Mançester Siti" "çelsi" ilə oyuna itkilərlə çıxacaq. Matç.az saytının məlumatına görə, "şəhərlilər" iki əsas futbolçusundan məhrum olub.

Premyer Liqanın XVI turu çərçivəsində sabah baş tutacaq görüşdə Kun Aquero və Kevin De Brün iştirak edə bilməyəcəklər. Buna səbəb argentinalının məşqdə zədələnməsi, belçikalının isə hələ bərpa prosesinin başa vurmamasıdır.

Məlumatı baş məşqçi Pep Qvardiola da təsdiqləyib.

Qeyd edək ki, "çelsi" – "Mançester Siti" matçı sabah saat 21:30-da start götürəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest