"Sumqayıt" Futbol Akademiyasının məşqçi heyəti dekabrın 7-də Türkiyənin İzmir şəhərinə yola düşüb. Matç.az saytının məlumatına görə, məşqçilər "Altınordu" klubunun futbol akademiyasında təcrübə keçəcək.

Artıq bu gündən etibarən iş başında olan çalışdırıcılar İzmir klubunun təlim-məşq bazası ilə tanış olub, akademiyanın iş sistemi və hazırlıq planları ilə maraqlanıblar.

Bu işdə onlara "Altınordu" futbol akademiyasının direktoru Sərdar Savaş yardımçı olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest