İtaliya Futbol Federasiyası sərt intizam qərarları alıb. Matç.az təşkilatın rəsmi saytına istinadən xəbər verir ki, bundan sonra hakimə qarşı kobudluq edəcək oyunçuları daha ağır cəzalar gözləyəcək.

Əgər hakimə hücum nəticəsində onun tibbi müdaxiləyə ehtiyacı olmayacaqsa, bu halda təcavüzkar 1 il, tibbi müdaxiləyə gərək olacağı halda isə 2 illik diskvalifikasiya olacaq.

Qərarın qəbul edilməsində əsas səbəb İtaliyanın aşağı divizionlarında bu cür hücumların tez-tez təkrarlanmasıdır. Rəhbərlik ağır cəzalarla insidentlərin qarşısını almağa çalışır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest