08 Dekabr 2018, 09:33
FUTBOL
İngiltərənin "Mançester Yunayted" klubu yeni transferini gerçəkləşdirir. Matç.az saytı xəbər verir ki, britaniyalılar fransalı hücumçu Noama Emeranı heyətinə qatacaq.
Premyer Liqa klubu "Amyen"in 16 yaşlı futbolçusu üçün 10 milyon avro ödəyəcək. Bundan başqa fransalılar əlavə bonuslar da qazanmaq imkanına malik olacaq.
Düzdü, PSJ, "Yuventus", "Valensiya" və "Barselona" da yeniyetmə forvardı heyətində görməkdə maraqlıdı. Lakin daha cəlbedici təkliflə çıxış edən mançesterlilər transferi həll etməyə daha yaxındı.