İtaliyanın "Yuventus" klubu "Böyük beşlik" çempionatlarının rekordunu təkrarlayıb. Matç.az saytı xəbər verir ki, Turin təmsilçisi A seriyasının ilk 15 turunda 43 xal toplayıb.

öz meydanında "İnter"ə 1:0 hesabı ilə qalib gələn "ağ-qaralar" bununla da PSJ-nin göstəricisinə şərik çıxıb. Parislilər cari mövsüm Fransa Liqa1-də ilk 15 turda 43 xal yığmışdı.

Avropanın aparıcı çempionatlarının qələbəyə görə 3 xalın verilməsi sisteminə keçdiyi vaxtdan indiyədək bundan yaxşı nəticə göstərən olmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest