"Mançester Yunayted"in futbolçusu Matteo Darmian qış fasiləsində klubundan ayrıla bilər. Matç.az saytı xəbər verir ki, 29 yaşlı italiyalı yarımmüdafəçi digər Premyer Liqa təmsilçisi "Fulhem"in maraq dairəsindədi.

London klubu Darmianı mövsümün sonunda almaq hüququ ilə icarəyə götürmək istəyir. Lakin italiyalı ilə "İnter"lə "Yuventus" da maraqlanır. MY-nin baş məşqçisi Joze Mourinyo müdafiəçinin klubdan ayrılmasının əleyhinədi.

Qeyd edək ki, 2015-ci ildə "Torino"dan transfer olunan müdafiəçi ilə müqavilə cari mövsümün sonunda başa çatır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest