Fransa millisinin futbolçusu Bencamen Pavar "Bavariya" ilə müqavilə imzalaması barədə xəbərləri təkzib edib. Matç.az saytının məlumatına görə, "Ştutqart"ın 22 yaşlı müdafiəçisi Münhen klubuna keçidindən xəbərsiz olduğunu açıqlayıb.

Dünya çempionu indiki klubundan məmnunluğunu da gizlətməyib: "Bavariya" rəsmiləri görüşməmişəm, heç bir müqavilə də imzalamamışam. Hələ "Ştutqart"da nə qədər qalacağımı bilmirəm. Amma burda hər şey əıadı. Gələcəkdə, yayda necə olacağını bilmirəm".

Qeyd edək ki, Dç-2018-dən sonra "Yuventus"la "Barselona" da Pavara elçi düşüb. "Bavariya" isə futbolçu üçün 35 milyon avro verməyə hazırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest