İngiltərə millisinin sabiq futbolçusu Con Terri karyerasını bitirib. Matç.az saytı xəbər verir ki, bunu müdafiəçinin özü açıqlayıb.

Bir müddətdi klubsiz olan Terri komanda axtarışlarını dayandıraraq, futbolla vidalaşmağa üstünlük verib. ötən mövsümün sonunda pley-offda "Fuıhem"ə uduzduqdan sonra "Aston Villa"dan ayrılan Con həmin vaxtdan özünə komanda tapmamışdı.

Düzdü, mərkəz müdafiəçisi karyerasını davam etdirmək istəyində idi. Lakin özünə münasib təklif almadığından belə qərar verib. Hərçənd Moskva "Spartak"ı da onu sıralarında görmək niyyətindəydi. Amma müdafiəçi ailə məsələlərinə görə Rusiyaya getməyib.

Son günlərdə onun "Aston Villa"ya qayıdışı və Moskvada peyda olması gündəmi zəbt etsə də, 37 yaşlı veteran getməyə üstünlük verib. O, qərarını sosial şəbəkədə açıqlayıb: "23 illik futbolçu karyerasından sonra getməyin əsl vaxtı olduğu qərarına gəldim".

Qeyd edək ki, 19 il "çelsi"də oynamış Terri 5 çempionluq, 5 kubok, 3 Liqa kuboku, çempionlar Liqası və Avropa Liqasını qazanıb. Con London klubunda 717 oyunda 65, İngiltərə millisində 79 matçda 6 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest