09 Dekabr 2018, 13:43
FUTBOL
Argentinalı ulduz Lionel Messi bu dəfə futbolu ilə deyil, şəxsi həyatı ilə gündəmə gəlib. Matç.az saytının məlumatına görə, Leo təyyarə alıb.
2004 model Gulfstream V hava gəmisi Messiyə 15 milyon avroya başa gəlib. Təyyarədə 16 oturacaq (istək halında 8 yatağa çevrilir), iki sanitar qovşaq və iki mətbəx var. Quyruğunda 10 yaxılan təyyarənin pilləkanlarında isə Messi ailəsinin üzvlərinin adları həkk olunub.
İspaniya mətbuatı iddia edir ki, Leo bu təyyarəni ailəsi ilə tez-tez vətəni Argentinaya səyahət etmək üçün alıb.