09 Dekabr 2018, 13:49
FUTBOL
Milli komandanın baş məşqçi postundan istefaya göndərilən Qurban Qurbanova "Qarabağ" fanatlarından dəstək gəlib. Matç.az saytı xəbər verir ki, Ağdam klubunun ən böyük tərəfdar qrupu olan "İmarət tayfa" komandanın son məşqində fərqli ab-hava yaradıb.
Belə ki, bir qrup azarkeş "Azərsun Arena"dakı məşqi izləyərək fişənglər yandıraraq komanda və baş məşqçini alqışlayıblar.
Qeyd edək ki, "Qarabağ" bu gün Topaz Premyer Liqasının XIV turu çərçivəsində "Zirə"ilə qarşılaşacaq.