"Qarabağ"ın baş məşqçisi ona sürpriz hazırlamışdı. Ancaq heç kimin gözləmədiyi halda ispaniyalı taktiki dəyişikliyə əl atdı".

Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Qarabağ" – "Arsenal" matçında qonaqların baş məşqçisi Unay Emerinin heyət seçimi hamını heyrətləndirib. Matç.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, "topçular"ın meydana 3-lü müdafiə sistemi ilə çıxması təkcə Qurban Qurbanovu deyil, yerli futbol ictimaiyyətini də təəccübləndirib.

Yerli KİV ispaniyalı mütəxəssisin Azərbaycan çempionuna qarşı əks həmlə etdiyini və uğurlu olduğunu düşünürlər. Həmkarlarımızın fikrincə, Emeri bu addımı atmasaydı, "Qarabağ"ın sürprizi ilə qarşılaşacaqdı: "Emeri taktika dühasıdı. "Qarabağ"ın baş məşqçisi ona sürpriz hazırlamışdı. Ancaq heç kimin gözləmədiyi halda ispaniyalı taktiki dəyişikliyə əl atdı. Bununla rəqibin süprizini pozdu. Monreal-Sokratis-Holdinq "trio"sunun müdafiənin mərkəzində, Kolaşinaçla Lixtştaynerin isə cinahlarında oynaması komandaya çox kömək oldu. Emeri bu addıma əl atmasaydı, bəlkə də, komanda Bakıdan xal itkisi ilə dönəcəkdi. O, bu seçimi ilə azarkeşləri də həyəcanlandırıb və onlar artıq Emeriyə daha çox güvənirlər".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma "Arsenal"ın 3:0 hesablı qələbəsi ilə nəticələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest