Mustafi ilə yanaşı, Konstantinos Mavropanos, Naço Monreal, Denni Uelbek və Rob Holdinq də "topçular"ın digər zədəliləridi. Onlar da sabah meydana çıxmayacaqlar.
Avropa Liqasının qrup mərhələsinin son matçında "Qarabağ"ı qəbul edəcək "Arsenal"da daha bir futbolçu "zədəlilər karvanı"na qoşulub. Matç.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, mərkəz müdafiəçisi Şkodran Mustafi sıradan çıxıb.
Həkim müayinəsindən sonra arxa xətt oyunçusunun zədəsinin ciddi olmadığı aşkarlanıb. Lakin baş məşqçi Unay Emeri Almaniya millisinin üzvünü "Qarabağ"la qarşılaşmada riskə atmaq istəmir. O, təcrübəli futbolçunun növbəti Premyer Liqa matçına tam hazır olmasını istəyir.
Mustafi ilə yanaşı, Konstantinos Mavropanos, Naço Monreal, Denni Uelbek və Rob Holdinq də "topçular"ın digər zədəliləridi. Onlar da sabah meydana çıxmayacaqlar.
Qeyd edək ki, "Emireyts" stadionunda keçiriləcək "Arsenal" - "Qarabağ" görüşü Bakı vaxtı ilə 00:00-da başlayacaq.