çempionlar Liqasının qrup 3-cüsü kimi Avropa Liqasına düşən klubların yer alacağı səbətlər müəyyənləşib. Matç.az saytı xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin 8 uğursuzu reytinqinə görə səbətlərə bölünüb.
4 komanda Avropa Liqasının qrup qalibləri ilə birlikdə səpələnmişlərdən olacaq. Aşağı reytinqli 4 klub isə qrup ikinciləri ilə eyni səbətdə qərarlaşacaq.
"Napoli" (İtaliya), "İnter" (İtaliya), "Valensiya" (İspaniya) vı "Benfika" (Portuqaliya) səpələnmişlər sırasında yer alıb.
"Viktoriya" (çexiya), "Brügge" (Belçika), "Şaxtyor" (Ukrayna) və "Qalatasaray" (Türkiyə) isə səpələnməyib.
Qeyd edək ki, püşkatma mərasimi dekabrın 17-də İsveçrənin Nyon şəhərində keçiriləcək. öncə çempionlar Liqasının 1/8, ardınca Avropa Liqasının 1/16 final mərhələsinin püşkü atılacaq.
Qitənin ən nüfuzlu klub turnirində qrup qalibləri – "Borussiya" D (Almaniya), "Barselona" (İspaniya), PSJ (Fransa), "Porto" (Portuqaliya), "Real" (İspaniya), "Bavariya" (Almaniya), "Yuventus" (İtaliya) və "Mançester Siti" (İngiltərə) səpələnmiş, qrup ikinciləri – "Atletiko" (İspaniya), "Tottenhem" (İngiltərə), "Liverpul" (İngiltərə), "Şalke" (Almaniya), "Roma" (İtaliya), "Ayaks" (Hollandiya), "Lion" (Fransa) və "Mançester Yunayted" (İngiltərə) səpələnməmişlərdən olacaq.