Futzal üzrə Azərbaycan millisinin Dç-2020-dəki rəqiblərinin gücü müəyyənləşib. Matç.az saytı xəbər verir ki, yığmaların dünya reytinqindəki mövqeyinə görə, komandamız rəqiblərinin hamısından güclüdü.
Əsas mərhələnin 3-cü qrupunda yer alan millimiz dünyada 11-ci, dəqiqləşən yeganə rəqibi Slovakiya 26-cldı. İlkin mərhələnin H qrupunun qalibi və G qrupunun ikincisi də komandamızla görüşəcək.
Bu qruplarda yer alan mümkün 8 rəqib arasında ən güclüləri Hollandiya 27-ci, Finalndiya 29-cudu. Ən zəif potensial rəqib isə "100-lük"dən kənarda qalan Estoniyadı.
Əsas mərhələ, 3-cü qrup
11. Azərbaycan - 1430
26. Slovakiya - 1192
İlkin mərhələ, G qrupu
27. Hollandiya - 1188
55. Monteneqro - 923
92. Bolqarıstan - 710
102. Estoniya - 550
İlkin mərhələ, H qrupu
29. Finlandiya - 1185
50. Moldova - 958
84. Uels - 788
99. Şimali İrlandiya - 592