13 Dekabr 2018, 19:37
FUTBOL
"Barselona" Usman Dembeleni cəzalandırıb. Matç.az saytının məlumatına görə, buna səbəb hücumçunun məşqə gecikməsidir.
21 yaşlı fransalı oyunçu hazırlıq prosesinə iki saat yubanaraq rəhbərliyin və məşqçilər heyətinin qəzəbinə tuş gəlib.
O, 200 min avro məbləğində cərimələnib.
Klubdan verilən açıqlamada gənc futbolçunun cəzalanmasına əsas səbəb kimi onun nizam-intizamı növbəti dəfə pozması göstərilib. Katalonların baş məşqçisi Ernesto Valverde məşqdə bildirib ki, yaxşı oynamaqla yanaşı intizamlı olmaq da əsas şərtdir.
Dembele isə öz növbəsində komanda yoldaşlarından üzr istəyib.