13 Dekabr 2018, 20:38
FUTBOL
Aryen Robben karyerasını vətənində davam etdirə bilər. Matç.az saytının məlumatına görə, bu barədə "goal.com" nəşri xəbər yayıb.
O, keçmiş klubu PSV ilə anlaşmaq üzrədir. Tərəflər arasında şifahi razılaşma əldə olunsa da, rəsmi müqavilə hələ imzalanmayıb. Bildirilib ki, bu keçiddə Eyndhoven klubunun baş məşqçisi Marko Van Bommel şəxsən israr edib.
Almaniya mətbuatında daha əvvəl hollandiyalının mövsümün sonunda "Bavariya"dan ayrılacağı ilə bağlı xəbərlər yayılmışdı.
Qeyd edək ki, Aryen Robben peşəkar karyerasına "Qroningen"də başlasa da, geniş futbol ictimaiyyətinə daha çox PSV-dəki çıxışı ilə tanınıb.