13 Dekabr 2018, 20:50
FUTBOL
"Yuventus" keçmiş futbolçusu Pol Poqbanı geri qaytarmaq istəyir. Matç.az saytı xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Bildirilib ki, "qoca sinyora" "Mançester Yunayted"də baş məşqçi Joze Mourinyo ilə yola getməyən fransalı yarımmüdafiəçi üçün 80 milyon avro ödəməyə hazırdı. Poqba özü də komandasından ayrılmaq istəyir.
Qeyd edək ki, Poqba 2016-cı ilin avqustunda 105 milyon avro qarşılığında "Yuventus"dan "Manmester Yunayted"ə keçmişdi.