13 Dekabr 2018, 22:38
FUTBOL
Uruqvay millisinin keçmiş futbolçusu Sebastyan Abreu özünə yeni klub tapıb. Matç.az saytının məlumatına görə, hücumçu Braziliya təmsilçisi "Rio Branko" ilə anlaşıb.
Esprintu-Santu ştatının təmsilçisi uruqvaylının karyerasında 28-ci klub olub. 42 yaşlı forvard bununla da öz rekordunu yeniləyib.
Qeyd edək ki, Abreu buna qədər Meksikada 7, Braziliyada 5 klubun şərəfini qoruyub. Bundan əlavə o, Uruqvay, Argentina, çili, İspaniya, İsrail, Yunanıstan, Ekvador, Paraqvay və Salvadorda da müxtəlif klublarda forma geyinb.