Avropa Liqasının qrup mərhələsində sonuncu oyunlar keçirilir. Matç.az saytının məlumatına görə, milli komandamızın üzvü Riçard Almeydanın çıxış etdiyi "Astana" da növbəti görüşünü keçirib.

Qazaxıstan təmsilçisi səfərdə "Renn"lə qarşılaşıb. Görüş fransızların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmaya start heyətində başlayan Almeyda ikinci hissənin başlanğıcında əvəzlənib.

Qeyd edək ki, bu məğlubiyyətdən sonra qrupu 8 xalla tamamlayan "Astana" mübarizəni dayandırıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest