Qrup birinciləri püşkatmada səpələnmişlər, ikincilər səpələnməmişlər səbətində olacaq. Çempionlar Liqasında qrup üçüncüsü olan 8 komanda isə reytinqinə görə bu iki səbət arasında bərabər bölünəcək.

Avropa Liqasında 1/16 finalın bütün iştirakçıları və səbətləri müəyyənləşib. Matç.az saytı xəbər verir ki, dünən başa çatan qrup mərhələsindən sonra 24 komanda növbəti raunda adlayıb.

Qrup birinciləri püşkatmada səpələnmişlər, ikincilər səpələnməmişlər səbətində olacaq. çempionlar Liqasında qrup üçüncüsü olan 8 komanda isə reytinqinə görə bu iki səbət arasında bərabər bölünəcək.

Qeyd edək ki, 1/16 finalın püşkatması dekabrın 17-də atılacaq. Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Səpələnmişlər

"Arsenal" (İngiltərə)
"Benfika" (Portuqaliya)*
"Betis" (İspaniya)
"çelsi" (İngiltərə)
"Dinamo" (Xorvatiya)
"Dinamo" (Ukrayna)
"Ayntraxt" (Almaniya)
"Genk" (Belçika)
"İnter" (İtaliya)*
"Bayer" (Almaniya)
"Napoli" (İtaliya)*
"Zalsburq" (Avstriya)
"Sevilya" (İspaniya)
"Valensiya" (İspaniya)*
"Vilyarreal" (İspaniya)
"Zenit" (Rusiya)

Səpələnməmişlər

BATE (Belarus)
"Seltik" (Şotlandiya)
"Brügge" (Belçika)*
"Fənərbaxça" (Türkiyə)
"Qalatasaray" (Türkiyə)*
"Krasnodar" (Rusiya)
"Latsio" (İtaliya)
"Malmö" (İsveç)
"Olimpiakos" (Yunanıstan)
"Rapid" (Avstriya)
"Renn" (Fransa)
"Slaviya" (çexiya)
"Sportinq" (Portuqaliya)
"Şaktyor" (Ukrayna)*
"Viktoriya" (çexiya)*
"Sürix" (İsveçrə)

* - çempionlar Liqasının qrup üçüncüləri.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest