"Fikrimcə, hər şey yaxşı alındı. Ancaq qol vursaydım, möhtəşəm olardı. Qələbə qazanmaq əla hissdi. Bununla məğlubiyyətsiz oyunlar seriyasını davam etdirdik"

"Arsenal"ın akademiyasına gələndə bu günü arzulayırdım. "Emireyts"də meydana çıxmaq uşaqlıq xəyalım idi. Bu gün məni dəstəkləyən məşqçilər korpusuna, komanda yoldaşlarıma, azarkeşlərimə minnətdaram". Matç.az saytı xəbər verir ki, bu sözləri "Arsenal"ın yarımmüdafiəçisi Bukayo Saka deyib.

17 yaşlı futbolçu yerli mətbuata açıqlamasında Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la keçirilən (1:0) oyunu dəyərləndirib. Gənc futbolçu qol vura bilmədiyi üçün təəssüfünü gizlətməyib: "Oyuna sürətli başlamadım, ancaq getdikcə istədiklərimi etməyə nail oldum. Rəqib oyunçuları aldadıb zərbə mövqeyinə çıxa bilirdim. Bu gün qol da vura bilərdim. Fikrimcə, hər şey yaxşı alındı. Ancaq qol vursaydım, möhtəşəm olardı. Qələbə qazanmaq əla hissdi. Bununla məğlubiyyətsiz oyunlar seriyasını davam etdirdik. Bizim düşüncəmiz yalnız qələbədi. Baş məşqçi bizdən daim döyüşkənlik tələb edir. Bu gün də onun istəklərini həyata keçirdik və hədəfə çatdıq. öz üzərimdə daha çox çalışsam, baş məşqçimiz mənə qarşıdakı oyunlarda da şans verə bilər. Necə ki, bu gün meydana buraxmışdı".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest