"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində son iki ev oyunun biletləri satışa çıxarılıb. Matç.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, biletlərin qiymətləri müvafiq sektorlara görə dəyişir.

 

"Vorskla" ilə oktyabrın 25-də keçiriləcək görüşün biletlərinin qiymətləri 2, 4, 8, 10 və 50 (VİP) manatdı. Noyabrın 29-da "Sportinq"lə oynanılacaq qarşılaşmada isə azarkeşlər 2, 5, 10, 15 və ya 50 (VİP) manatlarından keçməli olacaqlar.

 

Biletləri klubun fan-şopundan, "Gənclik Mall", "28 Mall", ASAN Xidmət və "İticket" satış məntəqələrindən əldə edmək olar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest