"Mançester Yunayted" qapıçısı David De Xeanı komandada saxlamaqda israrlıdı. Matç.az saytının "Sun" nəşrinə istinadən məlumatına görə, "qırmızı şeytanlar" ispaniyalı qolkiperlə yenidən görüşüb.

"Mankunianlar" De Xeaya bu dəfə ilinə 26 milyon dollar maaş təklif edib. Bu isə həftəyə 400 min funt-sterlinq deməkdi. 28 yaşlı oyunçu buna razılıq versə, Premyer Liqanın ən yüksək ödənişli futbolçusuna çevriləcək.

Qeyd edək ki, David De Xeanın "Mançester Yunayted"lə müqavilə müddəti cari mövsümün sonuna qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest