İngiltərənin "Mançester Siti" klubu qış fasiləsində transfer gerçəkləşdirməkdən imtina edir. Matç.az saytı xəbər verir ki, bunu klubun baş məşqçisi Pep Qvardiola açıqlayıb.

Premyer Liqa çempionunun çalışdırıcısı bildirib ki, qış transfer pəncərəsində heyət yeni oyunçu ilə gücləndirilməyəcək: "Yanvarda heç bir futbolçu ilə müqavilə bağlamaq fikrimiz yoxdu".

Mançester təmsilçisi yayda da cəmi bir transfer etmişdi. Mövsümlərarası fasilədə Riyad Mahrez heyətə qatılmışdı.

Qeyd edək ki, 16 turdan sonra 41 xala malik "Mançester Siti" 2-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest