"Fulhem" "çelsi"nin futbolçusu Qari Kehilli transfer etmək niyyətindədi. Matç.az saytı xəbər verir ki, baş məşqçi Klaudio Ranyeri təcrübəli müdafiəçinin komandasına kömək edəcəyini düşünür. Premyer Liqada qalmaq uğrunda mübarizə aparan "Fulhem" Kehillə güclənməklə vəzifəsinin öhdəsindən gəlməyə çalışacaq.

Müdafiəçinin "çelsi" ilə müqaviləsi mövsümün sonunda başa çatır. Lakin klub rəhbərliyi futbolçuya "müştəri" tapılarsa, onu pulsuz da buraxmağa razıdı.

Qeyd edək ki, "çelsi"nin 32 yaşlı kapitanı Maurisio Sarrinin baş məşqçi postuna gəlişindən sonra heyətdəki yarını tamamilə itirib. Mütəxəssis açıq şəkildə bildirib ki, müdafiəçi onun görmək istədiyi futbola uyğun gəlmir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest