Argentina təmsilçisi "River Pleyt"in futbolçusu Esekiel Palasios qışda İspaniya "Real"ına keçməkdən imtina edib. Matç.az xəbər verir ki, klublar arasında razılıq əldə olunsa da, 20 yaşlı yarımmüdafiəçi danışıqlar aparmaqdan boyun qaçırıb.

Palasios bunu hələlik "Real"a keçidə hazır olmaması ilə izah edib: "Hələ "River Pleyt"də qalmaq istəyirəm. öz potensialımı daha çox açmalıyam ki, Avropada psixoloji cəhətdən daha asan olsun. öncə arxayınlıq və sabitlik qazanmalıyam".

Qeyd edək ki, Esekiel bir çox Avropa klublarının, o cümlədən "İnter" və "Roma"nın da maraq dairəsindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest