15 Dekabr 2018, 11:36
FUTBOL
İspaniya futbolunda xoşagəlməz hadisə yaşanıb. Matç.az saytı xəbər verir ki, Sequnda təmsilçisi "Reus" futbolçusuz qalıb.
Belə ki, komandanın bütün oyunçuları klubdan ayrılıb. Onlar bu addımı "Kordoba" ilə növbəti turun matçı öncəsi atıb. Buna səbəb uzun müddətdi maaşların ödənməməsidi.
Oyunçular müqaviləni pozmağı sənəddəki bəndlərdən biri ilə əsaslandrıb. Baş verənlərdən sonra "Reus"un yarışda çıxışını dayandıracağı gözlənilir.
Qeyd edək ki, "Reus" Sequndanın turnir cədvəlində 22 komanda arasında 20-ci yerdə qərarlaşıb.