Argentinalı futbolçu Mauro İkardi karyerasını yenə İtaliyanın "İnter" klubunda davam etdirəcək. Matç.az saytı xəbər verir ki, cənubi amerikalı hücumçu Milan təmsilçisi ilə yeni müqavilə imzalayacaq.

25 yaşlı forvardın yeni anlaşması 2023-cü ilin yayına qədər olacaq. İkardi mükafatlar nəzərə alınmamaqla ildə 7 milyon avro qazanacaq.

2013-cü ildən "İnter"də çıxış edən Mauronun xidmətindən digər klublar, xüsusilə də "Real" maraqlı olsa da, argentinalı komandasını dəyişməməyə qərar verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest