15 Dekabr 2018, 13:48
FUTBOL
İtaliya "İnter"inin futbolçusu İvan Perişiç komandasını dəyişməyə yaxındı. Matç.az xəbər verir ki, Xorvatiya millisinin üzvünü Almaniya "Bavariya"sı və İspaniya "Atletiko"su da heyətinə qatmaq istəyir.
Milan təmsilçisi 29 yaşlı yarımmüdafiəçini satmağa hazırdı. İtaliyalılar bu keçiddən ən azı 50 milyon avro əldə etmək fikrindədi.
Hələ ötən yaydan Perişiçə elçi düşən "Mançester Yunayted" də istəyindən əl çəkməyib. İngiltərə klubu yarımmüdafiəçi üçün "Bavariya" və "Atletiko" ilə mübarizə aparacaq.
Qeyd edək ki, İvan cari mövsümün 14 oyununda 2 qol vurub.