02 Noyabr 2020, 14:37
FUTBOL
"Onun istefaya göndəriləcəyi ilə bağlı xəbərlər həqiqətəuyğun deyil. Visente Qomes hazırda komandanın sükanı arxasındadır.
"Sabah" baş məşqçi dəyişikliyinə hazırlaşmır. Premyer Liqanın son 5 turunda qeydə alınan məğlubiyyətə baxmaaraq, klub rəhbərliyi Visenite Qomesə növbəti dəfə etimad göstərib.
Masazır təmsilçisi ispaniyalı çalışdırıcının vəziyyətdən çıxacağına və komandanı düzəldəcəyinə inanır. Klubun press-ateşesi Elnur Həmidov bu barədə aşağıdakıları deyib:
"Onun istefaya göndəriləcəyi ilə bağlı xəbərlər həqiqətəuyğun deyil. Visente Qomes hazırda komandanın sükanı arxasındadır.
Komanda bu gündən "Zirə" ilə oyunun hazırlığına başlayacaq. Futbolçularla məşqçi heyəti söhbət aparır, onların çıxışını müzakirə edir, həmçinin yol verdikləri səhvlər barədə məlumat verirlər. Ancaq bu, daim baş verən prosesdir".