28 Oktyabr 2026, 16:37
FUTBOL
“Araz-Naxçıvan”, “Qəbələ” və “Şamaxı” klubları futbolçularının çoxsaylı sarı vərəqə almasına görə hər biri 700 manat cərimə ödəyəcək.
AFFA İntizam Komitəsi Premyer Liqanın IX turu ilə bağlı qərarlarını açıqlayıb. Matc.az xəbər verir ki, “Neftçi”nin müdafiəçisi İqor Ribeyro “Turan Tovuz”la qarşılaşmada birbaşa qırmızı vərəqə aldığı üçün iki oyunluq cəzalanıb. Bakı klubu 1000 manat cərimələnib.
“Araz-Naxçıvan”, “Qəbələ” və “Şamaxı” klubları futbolçularının çoxsaylı sarı vərəqə almasına görə hər biri 700 manat cərimə ödəyəcək.
“Kəpəz”lə oyunda matçın ilkin protokolunu elektron sistemdə gec təsdiqləyən “Şəfa” klubuna isə 1500 manat cərimə tətbiq olunub.













