“Belə bir “Barselona”ya qarşı topa inamla nəzarət etmək böyük nailiyyətdir. Xüsusilə ona görə ki, “Barselona” oyunçuları topsuz qaldıqda özlərini çox narahat hiss edirlər”

“Təəssüf ki, əvvəlki 6-7 qarşılaşmada da vəziyyət belə idi. Bu müddət ərzində “Real” hər oyunda orta hesabla dörd qol buraxırdı. Lakin indi hər şey dəyişib və burada Mourinyonun əməyini xüsusi qeyd etmək lazımdır”. Matc.az xəbər verir ki, bunu Madrid “Real”ının keçmiş yarımmüdafiəçisi Toni Kroos deyib.

Almaniyalı futbolçu İspaniya çempionatının 10-cu turunda “Real” və “Barselona” arasında keçirilən və madridlilərin 2:1 hesablı qələbəsi ilə bitən “El Klasiko” barədə fikirlərini bölüşüb.  

O bildirib ki, son iki ildə bu qarşılaşmalarda üstünlük katalonların tərəfində olub:

“Belə bir “Barselona”ya qarşı topa inamla nəzarət etmək böyük nailiyyətdir. Xüsusilə ona görə ki, “Barselona” oyunçuları topsuz qaldıqda özlərini çox narahat hiss edirlər”.

Kroos “Real”ın “Kamp Nou”da nümayiş etdirdiyi cəsarəti də vurğulayıb: “Komanda və  Mourinyo “Kamp Nou”da inanılmaz cəsarət göstərdi. Bu, son vaxtlar keçirilən “El Klasiko”ların ssenarisindən ciddi şəkildə fərqlənirdi. Hücumçular ən yaxşı səviyyədə idilər”.

O, “Barselona”nın hesabı bərabərləşdirdiyi anı da xatırladıb: “Komandanın əla müdafiə olunduğu anlar da oldu, məsələn, “Barselona” hesabı bərabərləşdirdikdən sonra. Belə bir vəziyyətdə bir çoxları heç-heçə ilə kifayətlənərdi”.

Kroosun fikrincə, “Barselona” saf futbol baxımından daha güclüdü, lakin yüksək pressinq işləməyəndə ciddi çətinliklərlə üzləşir: “Madrid təmsilçisi vahid bir orqan kimi müdafiə olunurdu. Onlar həm müdafiədə, həm də topa sahib olduqları anlarda möhtəşəm idilər. “Barselona” oyunlarda topa daha çox sahib olur və hökmranlığı ələ alır. “Real” onları məğlub etməyin düzgün yolunu tapdı. “Barsa” digər rəqiblərlə oyunlarda çox nadir hallarda rast gəldiyi bir təzyiqlə üzləşdi”.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest