28 Oktyabr 2026, 16:33
FUTBOL
Misli Premyer Liqasının IX turunda “Qəbələ” ilə oyunda dörd futbolçusu sarı vərəqə alan “Araz-Naxçıvan” komandası cərimələnib. Matc.az xəbər verir ki, bu barədə İntizam Komitəsinin bu gün keçirilən iclasında qərar qəbul olunub.
Oktyabrın 23-də baş tutan “Araz-Naxçıvan” – “Qəbələ” qarşılaşmasında komandanın dörd futbolçusunun sarı vərəqə alması səbəbindən Naxçıvan təmsilçisi 700 manat cərimə edilib.
Qərar İntizam Məcəlləsinin 43.1-ci maddəsinə əsasən qəbul olunub.













