İspaniyanın "Real" klubu müdafiə xəttini gücləndirmək niyyətindədi. Matç.az xəbər verir ki, Madrid təmsilçisi Kalidu Kulibalini transfer etməyə çalışır.

Seneqal millisinin 27 yaşlı mərkəz müdafiəçisi hazırda İtaliya "Napoli"sinin formasını geyinir. Bir müddət öncə İngiltərə nəhəngi "Mançester Yunayted" də Kulibaliyə elçi düşmüşdü. Lakin 100 milyon avrodan artıq təklif edən mançesterlilərin istəyi baş tutmamışdı.

Qeyd edək ki, Kulibalini almaq istəyən klublar arasında PSJ də var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest