İngiltərənin "Lester" klubu baş məşqçi postunda dəyişiklik etmək niyyətindədi. Matç.az saytı xəbər verir ki, Premyer Liqada 9-cu sırada olan klubun rəhbərliyi bu nəticədən razı deyil.

Bu üzdən də "Lester" baş məşqçisini dəyişmək fikrinə düşüb. İngiltərə təmsilçisi Klod Pyuelli postundan qovmağa hazırlaşır.

Artıq onu əvəzləməyə əsas namizəd də bəllidi. Bu, bir müddət əvvəl "Monako"dan qovulan Leonardu Jardimdi. Portuqaliyalı mütəxəssisin tezliklə "Lester"in "sükanı arxası"na keçəcəyi bildirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest