Mövsümün ilk yarısını uğursuz keçirən, eyni zamanda Avropa Liqasında da qrupda qalan "Beşiktaş"da ciddi dəyişikliklər gündəmdədi. Matç.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, "qara qartallar" bir neçə əcnəbi oyunçusu ilə yollarını ayrımağı planlaşdırır.

Yerli mətbuatda gedən xəbərlərdə artıq Pepe və Rayan Babellə müqavilələrə qarşılıqlı razılaşma əsasında xitam verildiyi haqqında xəbərlər yayılıb.

Bildirilib ki, baş məşqçi Şenol Günəşin istəyi ilə hər iki futbolçu göndəriləcək. Rəsmi qərarın yaxın günlərdə elan olunacağı gözlənilir.

Qeyd edək ki, Avroliqada növbəti mərhələyə yüksələ bilməyən "Beşiktaş" Türkiyə Super Liqasında da ilk üçlükdən kənarda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest