16 Dekabr 2018, 00:18
FUTBOL
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı davam edir. Matç.az AFFA-nın saytına istinadən xəbər verir ki, hazırlıq prosesinə daha bir oyunçu dəvət olunub.
Belə ki, Rusiyanın "Sokol" klubunda çıxış edən Vəli Məmmədov yığmamızın heyətinə qoşulub.
Qeyd edək ki, Vüqar Məmmədin rəhbərliyi altında davam edən toplanış dekabrın 19-da sona çatacaq.