16 Dekabr 2018, 00:29
FUTBOL
çin Xalq Respublikasının Quanjou şəhərində keçirilən cüdo üzrə "World Masters" turnirinin ilk günü Azərbaycan millisi üçün uğurlu olub. Matç.az saytının məlumatına görə, 73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rüstəm Orucov bütün rəqiblərinə qalib gələrək nüfuzlu yarışın qalibi adına layiq görülüb.
Cüdoçumuz İran, Gürcüstan, Koreya və Kanada idmançılarını məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, beynəlxalq turnirdə dünyanın 53 ölkəsindən 231 idmançı mübarizə aparır. İldə bir dəfə keçirilən "Dünya Masterləri" yarışında hazırda reytinq cədvəlində ilk 16 yeri tutan cüdoçu öz çəkisində ən güclünü müəyyənləşdirir.