Türkiyə futbolunda növbəti xoşagəlməz hadisə baş verib. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, "Yeni Malatyaspor"un bazasına silahlı hücum olub.

Malatya təmsilçisi Superliqanın XVI turu çərçivəsində bu gün "Antalyaspor"u qəbul edəcək. Qarşılaşma öncəsi dünən gecə bazada qalan komandanın məskunlaşdığı binaya silahdan atəş açılıb. Belə ki, iki maskalı şəxs avtomobillə binaya yaxınlaşaraq 5 dəfə atəş açıb və dərhal ordan uzaqlaşıblar. Güllələr əsasən tərcüməçilərin qaldığı otağa tuş gəlib. Ancaq xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Dərhal hadisə yerinə çox sayda polis gəlib və araşdırmaya start verilib. Xəbəri eşidər-eşitməz "Yeni Malatyaspor"un prezidenti Adil Gevrek də bazaya təşrif buyurub, komandası ilə maraqlanıb.

Qeyd edək ki, "Yeni Malatyaspor"la "Antalyaspor" arasında oyun bir neçə dəqiqə sonra start götürəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest