"Səbail"in bir futbolçusu və bir işçisində koronavirus aşkarlanıb.

"Səbail"in bir futbolçusu və bir işçisində koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə sözügedən komandanın baş məşqçisi Aftandil Hacıyev məlumat verib.
 
Onun sözlərinə görə, müdafiəçi Kamal Qurbanov koronavirusa yoluxub. Qurbanovla yanaşı, texniki heyətin bir üzvündə də koronavirus aşkarlanıb. Onlar karantinə alınıblar.
 
Xatırladaq ki, "Sumqayıt"ın yarımmüdafiəçisi Səbuhi Abdullazadədə də koronavirus aşkarlanıb. Daha öncə "Sabah"ın da futbolçularından birinin koronavirusa yoluxduğu bildirilirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest