Əsas məsələ baş məşqçi postu ilə bağlıdı. Bu vəzifəyə gəldiyi gündən media, futbol ictimaiyyəti və azarkeşlərin haqlı iradları ilə üzləşən Füzili Məmmədov böyük ehtimalla komandadan kənarlaşdırılacaq. Onunla yanaşı, paytaxt klubundan daha bir şəxsin də istefaya gedəcəyi bildirilir.
Azərbaycan Premyer Liqasının IX turu çərçivəsində öz meydanında "Qarabağ"a 0:6 hesabı ilə uduzan "Neftçi" rəhbərliyi bu gün bir araya gələcək. Matc.az xəbər verir ki, günorta saatlarında komandanın bazasında iclas keçirəcək flaqmanda vacib qərarlar veriləcəyi gözlənilir.