Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb. Matç.az saytı xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə 32 komanda 16 cütlük təşkil edib.
Qrup mərhələsində ilk iki yeri tutanlar, həmçinin çempionlar Liqasının qrup üçüncüləri rəqiblərini tanıyıb. Bu raundda eyni qrupdan çıxanlar və bir ölkəni təmsil edənlər üz-üzə gəlməyəcək. İlk görüşlər səpələnməmişlərin meydanında baş tutacaq.
Qonşu Türkiyə təmsilçiləri "Qalatasaray"la "Fənərbaxça"nın da rəqibi məlum olub. Sonuncular Rusiya "Zenit"i ilə üz-üzə gələcək. "Qalatasaray" isə Portuqaliya "Benfika"sı ilə görüşəcək.
1/16 final mərhələsinin oyunları 2019-cu ildə keçiriləcək. İlk matçlar fevralın 12-14-də, cavab qarşılaşmaları 20-21-də baş tutacaq.
Qeyd edək ki, Avropa Liqasının final oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək.
Avropa Liqası
1/16 final
"Viktoriya" (çexiya) - "Dinamo" (Xorvatiya)
"Brügge" (Belçika) - "Zalsburq" (Avstriya)
"Rapid" (Avstriya) - "İnter" (İtaliya)
"Slaviya" (çexiya) - "Genk" (Belçika)
"Krasnodar" (Rusiya) – "Bayer" (Almaniya)
"Sürix" (İsveçrə) - "Napoli" (İtaliya)
"Malmö" (İsveç) - "çelsi" (İngiltərə)
"Şaktyor" (Ukrayna) - "Ayntraxt" (Almaniya)
"Seltik" (Şotlandiya) - "Valensiya" (İspaniya)
"Renn" (Fransa) – "Betis" (İspaniya)
"Olimpiakos" (Yunanıstan) - "Dinamo" (Ukrayna)
"Latsio" (İtaliya) - "Sevilya" (İspaniya)
"Fənərbaxça" (Türkiyə) - "Zenit" (Rusiya)
"Sportinq" (Portuqaliya) - "Vilyarreal" (İspaniya)
BATE (Belarus) - "Arsenal" (İngiltərə)
"Qalatasaray" (Türkiyə) - "Benfika" (Portuqaliya)