ötən gecə Andorra yığmasına qarşı keçirdikləri yoldaşlıq matçı Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo üçün əlamətdar olub.
 
Matc.az xəbər verir ki, 35 yaşlı hücumçu 7:0 hesabıyla qalib gəldikləri oyunda yığmanın heyətində 100-cü qələbəsini qazanıb.
 
Bundan əlavə, oyunçu Avropada yığma ilə 100 qələbə səddinə çatan 4-cü futbolçu olub. İlk "3-lük"də İspaniya millisinin oyunçularından Serxio Ramos (129), İker Kasilyas (121) və Xavi (100) yer alıb.
 
Qeyd edək ki, Ronaldonun Portuqaliya yığması ilə çıxdığı 168 oyunun 100-ü qələbə, 42-si məğlubiyyət, 26-sı isə heç-heçə ilə başa çatıb. Futbolçu millidə ümumilikdə 102 qol vurub və 31 qolun ötürməsini verib. Ronaldonun millidə vurduğu qolların sayına görə rekordçu olan İran yığmasının sabiq forvardı Əli Daeiyə çatması üçün cəmi 7 qola ehtiyacı var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest