17 Dekabr 2018, 09:55
FUTBOL
Avropanın ən yaxşı gənc futbolçusu müəyyənləşib. Matç.az xəbər verir ki, "Tuttosport"un 21 yaşadək olan futbolçular üçün təsis etdiyi "Golden Boy" mükafatına Mateys de Liqt layiq görülüb.
Hollandiya "Ayaks"ının müdafiəçisi digər namizədləri arxada qoyub. Bunlar Trent Aleksander-Arnold (Liverpul), Castin Klyuvert (Roma), Vinisius Junior (Real) və Patrik Kutronedi (Milan).
Qeyd edək ki, 2017-ci ildə mükafata PSJ və Fransa millisinin üzvü Killian Mbappe layiq görülmüşdü.